Kapital Bank şikayetler ve yorumlar
Bu sayfada Kapital Bank hakkındaki şikayetleri ve yorumları okuyabilirsiniz. Ayrıca Kapital Bank hakkında kendi yorumunuzu da bırakabilirsiniz.
Bu şirketin hizmetlerini kullandınız mı?
Yorumlar (54)
-
Kapital Bank əməkdaşları mənə köməklik göstərmirlər, kartım bloka düşüb çıxarılmır. Niyə səbəb nədir, mənə deyirlər ki, axırıncı səfər nə qədər ödəniş etmisiniz? Mən nə bilim, nə qədər ödəniş etmişəm?
-
Uğursuz sayılan əməliyyatım avtomatik geri hesabıma dönməlidir. Amma bank vəsaitimi bloklayıb özündə saxlayib. Əvvəl 2-5 gün ərzində dedilər sonra 1 həftə. Indi isə 1 ay gözləməlisən deyirlər. Hələ də anlaya bilmirəm ki, niyə Azərbaycanda uğursuz sayılan əməliyyatbank tərəfindən 30 gün bloklanır. Bəlkə də çox da ola bilər. Yəni öz halal vəsaitindən istifadə edə bilmirsən. Xidmət 0-dir.
-
Operatorların bəziləri çox aqressivdir. Və bir kartı sifariş etmək üçün 1 saat vaxt gedir. Heç məsləhət görmürəm bu bankı sizə. Ən yaxşı bank abb-dir.
-
Pis deyirsiniz, amma hamınız bu bankın üzvüsünüz, niyə susuruq, niyə toplanıb bu banka cəm halında, toplanıb şikayət yazmırıq? Oğurluqların necə həyata keçirilməsi barədə mənə problemli kreditlər şöbəsinin (Rəşid Behbudov) əməkdaşı danışdı dünən, bunu bilirlər, demək hər şeydən xəbərləri vardır. Cəzasız qalırlar deyə özbaşınalıq, hər şey edirlər. Niyə susuruq ay millət, nə olmasını gözləyirik?
-
Bakubus üçün kartdan pul çıxıblar. Guya karta əlavə pul köçürüblərmiş adı ilə. Heyif ki, minimal qiymət 1 ulduzdur, sıfır da düşmür bu bankın insanlara xidmətinə. Fırıldaqçılıqda Nömrəbirbank!
-
Dələduzluqla bağlı Birkartdan oğurlanmış məbləğlə bağlı Şəki Polis Şöbəsi tərəfindən Kapital Banka 17 oktyabr 2024-cü ildə göndərilmiş sorğu hələ cavablandırılmayıb. Bu yalnız bank məsuliyyətsizliyidir. Sorğuyla bağlı gecikmənin baş verməsi və bankın məsələyə münasibət göstərməməsi narahatlıq doğurur. Bankın müştəri problemlərinə operativ yanaşmasını tələb edirəm.
-
10 gündür kapital müraciətimə baxmır, halbuki 5 iş günü dedilər, 10 iş günüdür ki, 350 AZN pulum ortalıqda yoxa çıxıb.
-
28 may filialı bərbad vəziyyətdə, hesabdan pul çıxarmaq üçün 3 saata yaxın vaxt keçdi, hələ bir xanım operator çox aqressiv formada danışırdı.
-
5 gündür 3d aktivasyon onay kodumu gmail ünvanıma gəlməsini tələb etdim, hal-hazırda xaricdəyəm, romingdə heç kim baxmır, hər dəfə də "aidiyyəti üzrə göndərdik" deyib dururlar, heç kim bilmir və başdan edir bütün işçilər. Bu necə bankdır, alt üstü bir kod göndərməkdir, hara müraciət edəcəyimi bilmirəm artıq.
-
Çoxları narazılıq etsə də, 15 ildir müştərisiyəm, ciddi problemim olmayıb. Uğurlar!
Bələdçi.az, Kapital Bank ile hiçbir bağlantıya sahip değildir. Tüm yorumlar bireysel kullanıcılar tarafından eklenmiştir. Bələdçi.az içerikten ve deneyimlerin doğruluğundan sorumlu değildir. Şirket puanı, kullanıcıların verdiği puanlara göre hesaplanır.
kapital-bank Bakü'de yorumlar, Kapital Bank şikayet, kapital-bank şikayet et, Kapital Bank Azerbaycan’daki, Kapital Bank kampanyalar, Kapital Bank ürünler, Kapital Bank şirketler
Bakü'de
