Bolt şikayetler ve yorumlar
Bu şirketin hizmetlerini kullandınız mı?
-
Salam. Mən Bolt çatdırma xidmətindən istifadə edən satıcıyam və ciddi problem yaşayıram. Sürücülər sifarişi qəbul etdikdən sonra tez-tez sifarişi aparmaq istəmirlər və məni sifarişi ləğv etməyə məcbur edirlər. Mən isə müştəridən ödəniş almış oluram və sifarişi vaxtında çatdırmalıyam. Bu səbəbdən həyətdə uzun müddət gözləməli oluram və müştərilərim qarşısında problem yaranır. Bu vəziyyət mənim işimə və müştərilərimə zərər verir. Xahiş edirəm bu məsələ ciddi şəkildə araşdırılsın və sürücülərin qaydalara əməl etməsi təmin edilsin.
-
Salam 09-BU-581 Bu maşının sürücüsü 4 manatlıq yola bizdən 15 manat aldı. Özü də tənqid edə-edə, zəhmət olmasa bu cür sürücüləri çıxarın
-
Çox pis. Bildiyiniz Yango çox normaldır. Bolt batıb, şoferləri normal deyil. Hər gün 4-5 dəfə otmenit edirlər. İnsana gəlmək bilmirlər, durub gözləyirlər ki biz otmenit edək. Bunun üzərinə düşün 3 manat qazanın, amma kişi kimi qazanın, halal qazanın
-
Salam, ümumiyyətlə sürücülərin kartla ödəniş etdikdə gəlməmə səbəbləri nədir? 2 gündür işə taksi ilə getmək istəyirəm, biri gəlir, yanımdan keçir, saxlamır, biri deyir 'gözləmə, kartdır', bu ödəniş növünü niyə qoymusunuz onda? Ləğv edin, nağd olsun bilək, bizdə işimizi camaatı dolamaqdan başqa heç nə deyil, gülməlidir. 4 taksi hamısı əks istiqamətə gedir, ya yazır ki 'ləğv et'.
-
İki dəqiqəyə çatdırıram. SMS-dən sonra maşın hələ də hərəkət etmirdi, zəngləri açmır, nə də imtina etmir. Hələ üstəlik kobud danışır. Hər küçədə sulənən işə götürəndə nəticə belə olur
-
90-YZ-035 Salam, zəhmət olmasa Bolt-a işçi götürərkən yaxşı seçib götürün, bu nə mədəniyyətsiz şoferlərdir, sifarişi götürür, pis halda gətirib çıxarır, dağılmış vəziyyətdə, niyə görə mənim sifarişim zədəli gəlməlidir? Xahiş edirəm tədbir görülsün.
-
Salam Bolt şirkəti, mən sizin daimi müştərinizəm. Mənim şikayətim Bakı şəhərində Bolt sürücüsü ilə bağlıdır. Bu gün sürücü bir paketi müştəriyə, yəni mənim övladıma çatdırılma zamanı mənim övladımı təhqir etmişdi. Bu sürücü barədə ölçü götürməyi sizdən xahiş edirəm. Sürücünün mobil nömrəsi +99470****444. Xahiş edirəm, bu şikayət əsasında sürücü barədə bir tədbir görülsün.
-
Salam, 10 dəqiqə əvvəl 75BO257 nömrəli maşın sifariş etdim, tam ünvana gəlmədi, səbəbdə göstərdi ki ora girə bilmirəm və 'haraya şikayət edirsən?' elə dedi.
-
77YT082 Chevrolet Cobalt sürücüsü bizdən 5,30 gediş haqqı yerinə 7 manat aldı.
-
Salam, sizə bir sürücü haqqında məlumat vermək istəyirəm. Bizim İraqdan bir qonağımız gəlib. Bolt sifariş verib və 10 manat yazılıb, amma bu şəxs qonağımızın başqa millətdən olmasından sui-istifadə edib və ondan artıq pul tələb edib və ona nəzakətsiz davranıb. 90YM484
Bələdçi.az, Bolt ile hiçbir bağlantıya sahip değildir. Tüm yorumlar bireysel kullanıcılar tarafından eklenmiştir. Bələdçi.az içerikten ve deneyimlerin doğruluğundan sorumlu değildir. Şirket puanı, kullanıcıların verdiği puanlara göre hesaplanır.
bolt Bakü'de yorumlar, Bolt şikayet, bolt şikayet et, Bolt Azerbaycan’daki, Bolt kampanyalar, Bolt ürünler, Bolt şirketler
Bakü'de
