Rəfiqəmlə birlikdə Borani Neftçilər filialının daimi müştəriləriyik. Ancaq çox təəssüf ki, həmin filialın bir çox əməkdaşları çox məsuliyyətsiz, nizamsızdırlar. Xüsusilə həmin filialda Nuhin adlı əməkdaş, sifarişlə bağlı istəklərimizin diqqətə alınmasını xahiş etdikdə, bizə sözümüzü bitirməyə icazə vermir və tənqidləri qəbul etmir. Və müştərilərlə münasibətdə hörmətsiz rəftar nümayiş etdirir. Restoran rəhbərliyinə bildirmək istəyirəm ki, belə əməkdaşlar restoran şəbəkənizdə olduqca nəinki daimi müştərilərinizi itirəcək, həm də yeni müştərilər qazana bilməyəcəksiniz. Sizdən qeyd etdiklərimi nəzərə almağınızı və həmin əməkdaş barədə müvafiq tədbir görməyinizi xahiş edir, əməkdaşlarınız üzərində nəzarəti artırmağınızı təklif edirəm.
Borani hakkında daha fazla yorum oku