App Bələdçi mobil uygulaması
Ücretsiz indirin!
İndir
Bələdçi.az

Bravo hakkında yorum

1 yıl önce

AY
Aysel Y. yazdı:
★
★
★
★
★

Hörmətli rəhbərlik. Bu gün, 26 May, Bravo mağazalar şəbəkəsinin Ağa Neymətulla filialında alış-veriş etdiyim zaman ciddi narahatlıqla qarşılaşdım. Mal alışı zamanı ödənişimi ödəmə terminalı vasitəsilə kartla həyata keçirdim. Lakin ödənişin təsdiqlənməsi zamanı elektrik enerjisinin qəfil kəsilməsi səbəbindən sisteminizdə ödəniş qeydə alınmamış kimi göründü. Bununla belə, mənim bank hesabımdan ödəniş uğurla çıxılmışdır və bu fakt bank tərəfindən təqdim edilən qəbzlə sübut olunur. Mağaza əməkdaşı və administrator mənə bildirdilər ki, ödəniş “sistemdə görünmür”, ona görə də ya təkrar olaraq nağd şəkildə ödəniş etməliyəm, ya da mallar mənə verilməyəcək. Qeyd etmək istəyirəm ki: Ödənişin kartdan çıxması ödənişin baş tutduğunu göstərir və bu halda müştəriyə əlavə ödəniş etdirilməsi qanunsuzdur; Mağazada generatorun olmasına baxmayaraq onun istifadəyə yararsız olması və bu səbəbdən sistemə çıxışın olmaması — texniki çatışmazlıqdır və bunun məsuliyyəti müştəriyə yüklənə bilməz; 8 saat keçməsinə baxmayaraq, kartla etdiyim ödəniş geri qaytarılmamışdır; Əgər mənim təqdim etdiyim qəbzə etibar edilmirsə və yalnız mağaza sistemindəki görüntü əsas götürülürsə, bu, müştəri hüquqlarının açıq şəkildə pozulmasıdır. Tələblərim: Kartla etdiyim ödənişin geri qaytarılması prosesinin təxirə salınmadan təmin edilməsi; Müştəriyə texniki problem səbəbilə ikiqat ödəniş etdirmək praktikasına son qoyulması; Sözügedən mağaza əməkdaşlarının davranışına və prosedura uyğun olmayan yanaşmalarına qiymət verilməsi; Belə hallar üçün müvafiq daxili qaydaların yenidən gözdən keçirilməsi, generator və ödəniş sistemlərinin işlək vəziyyətdə saxlanılması. Əks halda, bu məsələni İstehlakçı hüquqlarını qoruyan dövlət orqanlarına, bank vasitəsilə ödəniş etirazı (chargeback) proseduruna və Kütləvi İnformasiya Vasitələrinə daşıyacağımı diqqətinizə çatdırıram. Hesab edirəm ki, belə bir nüfuzlu ticarət şəbəkəsinin bu cür yanaşması nə etik, nə də hüquqi baxımdan qəbulediləndir. Hörmətlə.

Bravo hakkında daha fazla yorum oku

📲  Bələdçi mobil uygulamasını ücretsiz indirin!

Güvenilir yorumları keşfedin, deneyimlerinizi paylaşın ve arkadaşlarınızı takip edin. Azerbaycan’daki şirketler ve restoranlar hakkında daha bilinçli kararlar verin. Bələdçi’yi ücretsiz indirin ve itibarı şekillendiren topluluğun bir parçası olun.

Bələdçi mobil uygulamasını ücretsiz indirin!

Restoranınız veya kafeniz için ücretsiz sadakat programı

Bələdçi Card ile müşterilerinizi geri kazanın ve satışları artırın — restoran ve kafeler için tamamen ücretsiz dijital damga sadakat programı. 1 günde kurulum.

Bələdçi mobil uygulamasını ücretsiz indirin!