App Bələdçi mobil uygulaması
Ücretsiz indirin!
İndir
Bələdçi.az
Kontakt Home
Kontakt Home

Kontakt Home şikayetler ve yorumlar

Elektronik mağazası Elektronik mağazası
★
☆
☆
☆
☆
1.0 / 5.0
Puan: Kötü

Kontakt Home, Azerbaycan’daki elektronik ürünler ve teknolojik çözümler sunmaktadır. Bu sayfada Kontakt Home hakkındaki şikayetleri ve yorumları okuyabilirsiniz. Ayrıca Kontakt Home hakkında kendi yorumunuzu da bırakabilirsiniz.

Bu şirketin hizmetlerini kullandınız mı?


5 ★
0%
4 ★
0%
3 ★
1%
2 ★
5%
1 ★
86%
  • Ç
    Çiçək 11 ay önce
    ★
    ★
    ★
    ★
    ★

    Kondisioner almışam, dedilər 1 həftə ərzində qurlaşdıracaqlar. Yalandan pulu alıb işlərini görmürlər. Pulu qaytarmaq istədim, uzada-uzada magazada neçə saat gözləmişəm. Çox bərbad xidmətləri var, daha doğrusu xidmətləri yoxdur. Həmişə burdan alırdım, indidən sonra ayaq baxmaram. Ujas

  • M
    Murad 11 ay önce
    ★
    ★
    ★
    ★
    ★

    02.07.2025 tarixində mikrovolnovka vermişəm təmir üçün, hələ də xəbər yoxdur. Bu gün mağazaya getmişəm, deyirlər iki-üç günə xəbər verəcəyik, ödəniş etməlisiniz. Yalandan zəmanət deyirlər, ancaq ödəniş istəyirlər. Çox pis. Hansı ki, mən buranın daim müştərisi olmuşam.

  • Y
    Yaşar 11 ay önce
    ★
    ★
    ★
    ★
    ★

    Yeni aldığım kondisioner quraşdırıldıqdan cəmi 3 gün sonra xarab oldu. Bazar ertəsi zəmanətli təmir və ya dəyişdirilmə üçün müraciət etdim, 4 gün ərzində əlaqə saxlanılacağı bildirildi. Bu gün artıq cümə axşamıdır, nə zəng var, nə xəbər. Məhsul keyfiyyətsiz, xidmət sıfır. Sabah məcburən bir daha zəng edəcəyəm.

  • S
    Saleh 11 ay önce
    ★
    ★
    ★
    ★
    ★

    Çox pis. Çatdırılma 5 gün ərzində olmalı idi, amma süründürürlər. Qaynar xəttə edilən şikayətlərə baxmırlar, sadəcə deyirlər "əlaqə saxlayacağıq", amma heç kim əlaqə saxlamır. Nağd ödənişlə aldığım soyuducunu çatdırmırlar. Sabah soyuducu gəlməsə, pulumu geri tələb edəcəyəm və bir də heç bir halda Kontakt Home-dan heç nə almayacağam.

  • S
    Seymur 11 ay önce
    ★
    ★
    ★
    ★
    ★

    Ayın 16-sı kondisioner sifariş verdim. Mənə dedilər ki, çatdırılma və quraşdırılma bizim tərəfimizdən olacaq. Kondisioner gəlib, amma hələ də heç kimi quraşdırmaq üçün göndərməyiblər. Dəfələrlə zəng vurmuşam — hər dəfə "3 gün, 3 gün" deyə-deyə məni yola verirlər. Danışıram, deyirlər ki, kondisioner gələndən sonra 3 gün ərzində gələcəklər. Amma mən alanda belə bir məlumat verilməmişdi. Baştan ayağa fırıldaqlıqla məşğuldurlar. Əsas odur, mal satılsın, qalanı isə veclərinə deyil.

  • H
    Hafiz 11 ay önce
    ★
    ★
    ★
    ★
    ★

    Salam. Mənim şikayətim Kontaktın təmir servisindəndir. Belə ki, Kontaktdan aldığım zəmanətli kombiyə görə artıq 15 gündür ki, 3 dəfə zəng vursam da, usta sifariş vermişəm, amma gəlib baxan yoxdur. Hər dəfə də ödənişli zəng vurub onlarla danışıram, deyirlər ki, 4 iş günü ərzində usta gələcək. Artıq yarım ay keçib, amma heç bir usta gəlib kombiyə baxmayıb. Xahiş edirəm, tədbir görün.

  • G
    Gülər 11 ay önce
    ★
    ★
    ★
    ★
    ★

    1 həftədir kondisioner gəlib. İki günə usta gələcək deyə-deyə aldadırlar bizi. Burdan sonuncu dəfədir ki, məhsul alıram. Bir də heç vaxt bu şirkətə üz tutmayacam. Nə mesajlara cavab verirlər. Nə operatorlara düşmək olur. Niyə aldadırsınız ki, insanı. Deyinki biz beş aya gəlib quracayıq, bizdə işimizi bilək. Çox pis. Şirkətə heç mənfi ulduzda düşmür.

  • ŞƏ
    Şahmar Ə. 1 yıl önce
    ★
    ★
    ★
    ★
    ★

    Başdan ayağa fırıldaqçılıq. Deməli, 1 aylıq Türkiyədə olduğum zaman adıma gecikmə olub. Ödəmişəm və sistemdə baxıram ki, növbəti ödənişə 5 gün qalmağına baxmayaraq adıma 7 AZN cərimə məbləği yazılıb. Zəng etmişəm, deyirlər gecikməyə görə. Deyirəm, ay müsəlman ödəmişəm hamısını. Deyir aidiyyatı şöbəyə yönləndirirəm, sizinlə əlaqə saxlayacaqlar. Millətin haqqına girib haramçılıq edirlər.

  • Z
    ★
    ★
    ★
    ★
    ★

    Salam. Xaçmaz filialından bir neçə ay olar samsunga 15 almışam. 1 ay olar telefon ekranı qatışmağa başladı. Öz-özünə bir proqramdan başqa bir proqrama girirdi. Servize göndərdik. 2 gündü telefonu almışam. Bu gün eyni vəziyyət oldu telefonda. Ekran yenə qatışdı. 20 gündü telefonsuz qalmışam. 2 ədəd telefon almışam. Ödənişləri vaxtında ödəyirəm. Videosunda vatsap nömrəsinə bugün atmışam.

  • E
    ★
    ★
    ★
    ★
    ★

    Mebel almışam, stul ləkəli gəlib. İki dəfə demişəm aldığım yerə, hələ də tədbir görmürlər.

Bələdçi.az, Kontakt Home ile hiçbir bağlantıya sahip değildir. Tüm yorumlar bireysel kullanıcılar tarafından eklenmiştir. Bələdçi.az içerikten ve deneyimlerin doğruluğundan sorumlu değildir. Şirket puanı, kullanıcıların verdiği puanlara göre hesaplanır.

kontakt home Bakü'de yorumlar, Kontakt Home şikayet, kontakt home şikayet et, Kontakt Home Azerbaycan’daki, Kontakt Home kampanyalar, Kontakt Home ürünler, Kontakt Home şirketler Bakü'de

📲  Bələdçi mobil uygulamasını ücretsiz indirin!

Güvenilir yorumları keşfedin, deneyimlerinizi paylaşın ve arkadaşlarınızı takip edin. Azerbaycan’daki şirketler ve restoranlar hakkında daha bilinçli kararlar verin. Bələdçi’yi ücretsiz indirin ve itibarı şekillendiren topluluğun bir parçası olun.

Bələdçi mobil uygulamasını ücretsiz indirin!

Restoranınız veya kafeniz için ücretsiz sadakat programı

Bələdçi Card ile müşterilerinizi geri kazanın ve satışları artırın — restoran ve kafeler için tamamen ücretsiz dijital damga sadakat programı. 1 günde kurulum.

Bələdçi mobil uygulamasını ücretsiz indirin!
Kontakt Home hakkında anonim olarak şikayet yazmak ister misiniz? Yorum yaz