App Bələdçi mobil uygulaması
Ücretsiz indirin!
İndir
Bələdçi.az

Megastore hakkında yorum

3 saat önce

A
Anonim yazdı:
★
★
★
★
★

Mən Megastore mağazalar şəbəkəsinin Aff Mall Megastore mağazasında stok meneceri vəzifəsində çalışan Budaqova Fəridə haqqında ciddi narazılığımı bildirirəm. Budaqova Fəridənin işçilərlə davranışı qəbuledilməzdir. O, işçilərlə yüksək səslə danışır, kobud və aqressiv münasibət göstərir, bəzi hallarda isə təhqiramiz ifadələrdən istifadə edir. Bu cür davranış mağazada sağlam ünsiyyət və xidmət mədəniyyətinə ciddi şəkildə ziddir. İşçinin qarşısında yüksək səslə danışmaq və onu təhqir etmək nə işçi etikasına, nə də işçiyə göstərilməli olan normal münasibətə uyğun deyil. Belə davranışların təkrarlanması mağazanın nüfuzuna və işçilərin, eləcə də müştərilərin Megastore-a olan münasibətinə mənfi təsir göstərə bilər. Xahiş edirəm, bu məsələ rəhbərlik tərəfindən ciddi və obyektiv şəkildə araşdırılsın, hadisələrlə bağlı zəruri araşdırma aparılsın və Budaqova Fəridənin işçilərlə davranışı ilə bağlı müvafiq intizam tədbiri görülsün. Bu cür davranışların diqqətdən kənarda qalmasının yolverilməz olduğunu hesab edirəm və şikayətimə rəsmi şəkildə baxılmasını xahiş edirəm.

Megastore hakkında daha fazla yorum oku

📲  Bələdçi mobil uygulamasını ücretsiz indirin!

Güvenilir yorumları keşfedin, deneyimlerinizi paylaşın ve arkadaşlarınızı takip edin. Azerbaycan’daki şirketler ve restoranlar hakkında daha bilinçli kararlar verin. Bələdçi’yi ücretsiz indirin ve itibarı şekillendiren topluluğun bir parçası olun.

Bələdçi mobil uygulamasını ücretsiz indirin!