App Bələdçi mobil uygulaması
Ücretsiz indirin!
İndir
Bələdçi.az
AZAL
AZAL

AZAL şikayetler ve yorumlar

Turizm şirketi Turizm şirketi
★
☆
☆
☆
☆
1.0 / 5.0
Puan: Kötü

AZAL, Azerbaycan’daki turizm ve seyahat hizmetleri sunmaktadır. Bu sayfada AZAL hakkındaki şikayetleri ve yorumları okuyabilirsiniz. Ayrıca AZAL hakkında kendi yorumunuzu da bırakabilirsiniz.

Bu şirketin hizmetlerini kullandınız mı?


5 ★
0%
4 ★
0%
3 ★
2%
2 ★
7%
1 ★
85%
  • S
    Sahilə 1 yıl önce
    ★
    ★
    ★
    ★
    ★

    Gecədən beri perişan olduq saat 21:10 266 saylı reys, seher saat 9-dur, biz hələ burdayıq.

  • H
    Hüseyn 1 yıl önce
    ★
    ★
    ★
    ★
    ★

    Mən 16.02.2025 tarixdə J2267 saylı reyslə qızımla Bakıdan Naxçıvana olan səyahətimiz zamanı təhlükəsizlik xidməti heç bir yoxlanış olmadan qızımın ayaqqabılarını soyunmağı tələb etdilər, soruşanda ki, hansı əsasla bunu tələb edirsiniz və aparatınız da heç səs etməyib, cavabında kobudcasına belə lazımdır dedilər. Etirazımdan narazı qalan xanım işçilər hətta əl yükümü açdırıb, övladıma məxsus oyuncaqlarımı zibilə atdırdılar. X-ray qurğusu heç səs etmədiyi halda məni elə qərəzli yoxladılar ki, məni terrorist kimi qiymətləndirdiklərini gördüm. Öz ölkə vətəndaşlarımızın belə qərəzli yanaşmasına bir cavab verən olar yəqin ki

    Devamını oku...
  • V
    Vüqar 1 yıl önce
    ★
    ★
    ★
    ★
    ★

    Salam, hal-hazırda təyyarədəyəm Naxçıvana uçuram. Uçuş saat 19:00-dadır. Qeydiyyata saat 17:15-də ailəmlə birlikdə gəlmişəm. 3 nəfərik (mən yoldaşım və 11 yaşlı oğlum). Oturacaqlar düz qanadın üstündə təyyarənin ortasındadadır. Şikayətim budur ki, hamıdan qabaq qeydiyyata gəlib Nəyə görə təyyarənin sonunda oturmalıyam. 16 ildir belədir ayrıseçkilik qoyulur. Məndən 1 saat sonra gələnlər lap öndə yerləşdirilir. Nəyə görə belə ayrıseçkilik azal tərəfindən qoyulur.

  • MG
    M. Gülay 1 yıl önce
    ★
    ★
    ★
    ★
    ★

    19 noyabr tarixində Naxçıvan Bakı istiqamətində bilet qaytarmışam, mənə 33 iş günü ərzində ödənişin karta oturacağı deyilib, lakin artıq 3-cü aya keçir və mənim ödənişim hələ də qayıtmayb, çox məsuliyyətsiz şirkətdir, özüm tələbəyəm, pulumu da yeyblərsə haramları olsun. Neçə dəfədə kassaya yaxınlaşmışam nömrəmi götürüb “sizinlə əlaqə saxlayacağıq”, “sabaha 1 həftəyə pulunuzu karta oturacağıq” deyiblər, həm yalançı, həm də belə məsuliyyətsiz şirkət görməmişəm.

  • İ
    İbrahim 1 yıl önce
    ★
    ★
    ★
    ★
    ★

    Salam, mənim atam veterandır, ona kompensasiya ilə bağlı 33 iş günü ərzində ödəniləcəyi barədə məlumat verdilər, indi isə ödənilmir, hara yazıram, gözlüyün deyirlər, heç harada şikayət edə bilmirəm, niyə yalandan 33 iş günü ərzində ödəniləcək deyirsiniz və ödəmirsiniz.

  • AE
    Aqil E. 1 yıl önce
    ★
    ★
    ★
    ★
    ★

    Bu axşam saat 22:55-də uçmalı idi təyyarə. Saat 00:16-da uçdu. Niyə səbəbsiz gecikdirirsiniz? Hər kəsin işi var. Sizin A Jet-dən nə fərqiniz oldu?!!

  • A
    Ayten 1 yıl önce
    ★
    ★
    ★
    ★
    ★

    21 Sentyabrda Bakıdan Moskvaya gəldik. Baqaj xidməti çox pisdir. Çemodan qırıq şəkildə gəldi, baqajın biri ümumiyyətlə gəlmədi. Gözləməli olduğumuzu dedilər, sonra dedilər ki, ümumiyyətlə gəlməyib, biz də çarəsiz şəkildə getməli olduq.

  • E
    Elxan 1 yıl önce
    ★
    ★
    ★
    ★
    ★

    20.09.2009 tarixində, 01:30 radələrində Wizzair reysinə qeydiyyat üçün Mirrovşən Mirhəsənli adlı əməkdaşa yaxınlaşıb sənədlərimi təqdim etdim. Heç bir səbəb olmadan ilkin mənim içkili olduğumu söyləyib, ayağa qalxaraq üzərimə gəldi. İçkili olmadığımı bildirdim, amma əməkdaş mənim içkili olmadığımı bilə-bilə kobud rəftara başladı. Kinayəli baxaraq, “keç, digər əməkdaş sizin sənədlərə baxsın” dedi. Ona mənimlə niyə bu cür danışdığını və bu cür kobud rəftar etdiyini soruşdum, əməkdaş başqa bir əməkdaşı çağırıb “içkilidi” dedi. O əməkdaş da yaxınlaşdı, mənə ki, içkili olmadığımı bildirdim və yoxlama varsa, yoxlamadan keçə bilərəm dedim. O da içkili olmadığımı bildi, sənədlərimi digər əməkdaşa təqdim etdi ki, qeydiyyat aparsın. Xahiş edirəm, bu saxta ittihamla və kobudca davranan əməkdaş haqda tədbir görülsün. Onun ad-familiyasıyla soruşanda, yenə də kobudluqla, kinayə ilə ad-familiyası Mirrovşən Mirhəsənli kimi özünü təqdim etdi.

    Devamını oku...
  • K
    Kazımzadə 1 yıl önce
    ★
    ★
    ★
    ★
    ★

    Azal şirkəti 11 apreldə Mədinə-Bakı reysində çemodanımızı itirdi. Artıq 5 aya yaxındır ki, zəng edib şikayət etmədiyim telefon nömrəsi və məktub yazmadığım email yoxdur, amma 1 manat da olsa, kompensasiya ödənməyib. Süründürməçilik... elə bil dünyanın sivilizasiyadan uzaq, geri qalmış ölkələrinin hava yollarıdır.

  • E
    Elcin 1 yıl önce
    ★
    ★
    ★
    ★
    ★

    Salam, mənim dayıoğlum Naxçıvandan gəlib, ancaq baqajı götürməyə gücü çatmır, yaşlı adamdır. Baqajı götürməyə icazə vermirlər, baqajın piltəsi də məndədir. Yeni rəis Pərviz yeni qanun çıxarıb.

Bələdçi.az, AZAL ile hiçbir bağlantıya sahip değildir. Tüm yorumlar bireysel kullanıcılar tarafından eklenmiştir. Bələdçi.az içerikten ve deneyimlerin doğruluğundan sorumlu değildir. Şirket puanı, kullanıcıların verdiği puanlara göre hesaplanır.

azal Bakü'de yorumlar, AZAL şikayet, azal şikayet et, AZAL Azerbaycan’daki, AZAL kampanyalar, AZAL ürünler, AZAL şirketler Bakü'de

📲  Bələdçi mobil uygulamasını ücretsiz indirin!

Güvenilir yorumları keşfedin, deneyimlerinizi paylaşın ve arkadaşlarınızı takip edin. Azerbaycan’daki şirketler ve restoranlar hakkında daha bilinçli kararlar verin. Bələdçi’yi ücretsiz indirin ve itibarı şekillendiren topluluğun bir parçası olun.

Bələdçi mobil uygulamasını ücretsiz indirin!

Restoranınız veya kafeniz için ücretsiz sadakat programı

Bələdçi Card ile müşterilerinizi geri kazanın ve satışları artırın — restoran ve kafeler için tamamen ücretsiz dijital damga sadakat programı. 1 günde kurulum.

Bələdçi mobil uygulamasını ücretsiz indirin!
AZAL hakkında anonim olarak şikayet yazmak ister misiniz? Yorum yaz