Azerbaycan’daki hizmetler, şirketler ve restoranlar hakkında gerçek yorumlar
Herhangi bir şirketin hizmetinden ya da ürününden memnun kalmadınız mı?
Ya da memnun kaldınız mı? Deneyiminizi herkesle Bələdçi.az üzerinden paylaşın
Öne çıkan kategoriler
- Giyim mağazaları
- Mobil operatörler
- İnternet sağlayıcıları
- Taksi
- Güzellik ve bakım
- Klinikler
- Eğitim merkezleri
- Oteller
- Kargo
- Eğlence
- Diş hekimleri
- Gül dükkanları
- Araç servisleri
- Kafeler
- Yurtdışında eğitim
- Spor salonları
- Barlar
- Kuru temizleme
- Çocuklar için
- Sigorta şirketleri
- Su dağıtımı
- Ekipman onarımı
- Spor malzemeleri
- Veterinerler
Herhangi bir şirket hakkında anonim olarak yorum yazmak ister misiniz?
Yorum yazSon yorumlar
-
Salam. Bir az öncə 14,52 AZN-lıq sifarişə başqa çek gəlib. Zəhmət olmasa, nəzərə alın, diqqətsizliyi.
-
Salam PO-***********831934 temu sifarişim (18.02.2026 tarixində sifariş vermişəm), izləmə nömrəsi: STRAZ******1049, Starex Qəbələ filialına gəlməlidir. Smartcustoms-da bəyan etmişəm, amma hələ də bəyannamə tələb olunur və çeşidləndikdən sonra yenə də "bağlama gömrükdədir" yazılır. Xahiş edirəm, nə vaxt filialınıza çatacağını və nə vaxt təhvil ala biləcəyimi bildirin? Cavab verin, heç olmasa.
-
90YH542 ağ Chevrolet Cobalt markalı avtomobilin sürücüsü səhv ünvana aparıb və artıq gəlir. Bakı şəhərində gəzdirib, Xırdalanın Qara Qarayev 59 küçəsinə zakaz vermişəm və ordan da Babəkə gəlib, yolun ortasında deyir: 'düş maşına, mən gedəmirəm.' İşçi götürəndə baxmırsınız. İşçiyə, işçinizin nömrəsi 0555***696. Tədbir görülsün
-
Salam, Bərdə şəhərində Yavər İnşaatla üzbəüz olan Oba Market şəbəkəsindən alış-veriş etdim; qəbzdə 7.04 olmasına baxmayaraq kartla ödəniş etdim və fikir vermədim, marketdən çıxdıqdan sonra isə kartıma və qəbzə baxanda 7.25 vurulmuşdu, xahiş edirəm nəzərə alasınız.
-
Salam. Mən Rabitəbankdan 17.9% faizlə kredit götürməyə razılaşdım, krediti 20.5% ilə rəsmiləşdirdilər. Bu qədər yalan niyə lazımdır? Hələ üstəlik Naxçıvan filialında olan birisi danışıq tərzi yoxdur, müştəri ilə danışmağı bacarmır. Kobudluğa yol verdi, dəfələrlə. Biz də vətəndaşlarla işləyirik və onlara həmişə xoş ünsiyyət göstəririk. Nəzərə alsanız yaxşı olardı. Çünki müştəri məmnuniyyəti önəmlidir. Və bu səbəbdən bank kreditimi digər banka daşıyacağam. Xahiş edirəm bu haqda tədbir görəsiniz ki gələcəkdə yeni müştəriləriniz üçün bu kimi hallar qeyd alınmasın.
Devamını oku... -
Salam 09-BU-581 Bu maşının sürücüsü 4 manatlıq yola bizdən 15 manat aldı. Özü də tənqid edə-edə, zəhmət olmasa bu cür sürücüləri çıxarın
-
Heç kəsə Baku Electronics-i məsləhət görmürəm, çünki bu mağaza şəbəkəsi qədər insanı incidən, müştəri ilə məsuliyyətsiz və biganə yanaşan mağaza yoxdur. Onlayn kreditlə telefon aldıq. 1) Gəldi, telefon ayfon idi; üstəlik kamera yeri xarab oldu. 2) Servisə verdik, 20 gündür onlardan nə bir zəng, nə bir xəbər var. 3) 143 qaynar xətt deyilən nömrə isə sadəcə konturdan gedir; operatora dərdini deyirsən, yaxşı deyib yola verir. Xahiş etdiyin işi görmürlər, vatçapda yazırsan nömrə vermirlər. Neçə gündür əsəb keçirmişəm, sizdən telefon aldığım günə peşmanam.
-
Salam, 0558***533 nömrəli abunəçiyəm; 05.03.2026 tarixindən sizə şikayət edirəm, baxan yoxdur, şikayətlərə baxan qurumunuz çox bərbad işləyir, 5 gündür bir şikayətə baxa bilmirlər. Zəhmət olmasa mənim şikayətimə baxılsın.
-
Salam. Səhərdə İsmayıl Qutqaşınlı küçəsində Altes Plazanın arxasındakı Oba Marketdə dəfələrlə artıq eyni şey baş verir: kassir sevgilisi ilə danışa-danışa ağzına gələnləri vurur. Xahiş edirəm, tədbir görün, yoxsa artıq işçilərin dəyişməsi üçün yuxarılara zəng edəcəyəm.
-
Oba 20-yə müştəri gəlmişəm, xaraba xanaya döndəriblər, mağaza bağlansın ya da işçiləri dəyişdirin
-
Без нашего ведома снимаются деньги (и это не в первый раз), и не признают, и не возвращают деньги обратно на карту. Не советую, больше не буду с ними иметь дела 😡😡😡
-
Salam. Adım Tural. Mən ABB-nin müştərisiyəm. 10500 kredit götürmüşəm, onun 12 ayını ödəmişəm, bağlayımlşam. Çox götürmək istəyirəm, gecikməm yoxdur, yaxınlaşıram kredit verilmir. Özüm də şəhid övladıyam. Anam əməliyyat olmalıdır, onun üçün götürmək istəyirəm. ABB-nin Əcəmi filialının işçisi deyir: 'Gözüm aydın, şəhid övladısan.' Əcəmi filialında özbaşınalıqdır. Xahiş edirəm şəhid övladının müraciətinə baxasınız. 05571XXX08 əlaqə nömrəm. Şikayətimə baxılmasa, cənab Prezidentimizə yazacağam. Anam əməliyyat olunmalıdır.
-
Qara Qarayev ərazisində yerləşən Qarayev 9 mağazasında 06.03.2026 tarixində Tamdad toyuğu buzlu almışam, vaxtı 18.02.2026 tarixində bitmiş çıxıb. Xahiş edirəm buna tədbir görülsün, zəhərlənmə halı baş verə bilərdi.
-
Çox fırıldaqçılıqdır, mənim nömrəmdən pul çıxılır, heç o qədər də istifadə etmirəm, halalığını vermirəm, nömrəyə 2 manat vurmuşam, ancaq istədiyim adama zəng vura bilmirəm
-
Salam. Özbəkistan küçəsindəki Bazar Store barədə şikayətim, Qara Qarayevdəki. Sizin marketdə müştəriyə hörmət edilmir, yoxsa özlərinə? Satıcı tapıb nəsə istəyə bilmirik, hərəsi öz keyfində olur. Müştəriyə düzgün rəftar edilmir, mənim o marketdən nəsə almam sonuncu olsun.
-
Mən müharibə veteranıyam. Sizin marketdə məni 2 dəfə təhqir edirlər. Sizin nəzarətçi göz yumur. Mən məhkəməyə müraciət edəcəyəm, siz tədbir görmədiyiniz halda.
-
Əlimdə az məhsul olmasına baxmayaraq, mənim sırama bir neçə dəfə kəsdilər, amma kassir heç nə demədi. 20 manata xırda olmadığını dedilər, 3 mağaza gəzdım ki xırda tapam, kassanı açanda içi xırda ilə dolu idi.
-
Çox pis. Bildiyiniz Yango çox normaldır. Bolt batıb, şoferləri normal deyil. Hər gün 4-5 dəfə otmenit edirlər. İnsana gəlmək bilmirlər, durub gözləyirlər ki biz otmenit edək. Bunun üzərinə düşün 3 manat qazanın, amma kişi kimi qazanın, halal qazanın
-
Ödənişim 18 manat idi, oldu 25 manat.
-
Ölkənin ən keyfiyyətsiz provayderi. Təzə qoşulanda yalvarıb anında xidmət göstərir, paketi yüksəltmək üçün əlaqə saxlamışıq, həftələrdir fırladırlar. Keyfiyyətdə də 0
-
Salam. Ödəniş etmişəm, amma ödəniş etdiyim gündən internet işləmir. Səbəb nədir? Sizinlə əlaqə saxlaya bilmirəm.
-
Azza şirkətinə dırnaq arası "Napalyon" tortunu bəyənmədiyimi söylədim, geri qaytardım, tortun nəinki pulunu, hətta özünü mənə geri qaytarmadılar. Bildirdim, şikayət edəcəyəm və mən düz olduğum üçün tortu da yəqin özləri yedilər. Azzada ofisdə çalışanlar müştəri ilə rəftar etməyi bacarmırlar, kobud cavab verirlər. Mənə çox maraqlıdır, bu qədər şikayətlərin, zəhərlənmələrin qarşısında niyə Azza bağlanmır? Görəsən, İqtisadiyyat Nazirliyi hara baxır? Ümid edirəm ki, mənə tezliklə cavab verəcəklər.
-
Heç bir səbəb olmadan bizi geri qaytardılar və kobud rəftar etdilər. Qeyri-peşəkar.
-
Bakcell Xırdalan filialı bir nömrəni eyni zamanda iki müştəriyə satıb. Mən 102 xidmətinə şikayət etmədən problemimin həll olunmasını tələb edirəm. Nömrəyə etdiyim ödənişi geri istəyirəm.
-
Bugün 3-4 saat əvvəl, sonu 157 ilə bitən ağ rəngdə Şevrolet markalı maşına 2 uşağımla bərabər əyləşdim. Sürücünün demək olar ki, 70-dən çox yaşı var. Bütün yol boyunca eşitmədiyimiz təhqir və qeyri-etik ifadə qalmadı. Yola ümumiyyətlə diqqət etmirdi. 4 dəfə qəza şəraitindən sağ qurtulduq. Ən son artıq dözə bilmədiyimdə sağda saxlamasını istədim və şikayət edəcəyimi bildirdim. Elə dedikdən sonra mənə və uşaqlarıma da təhqirlər etməyə başladı və maşının sürətini daha da artırdı. Ən son çarə polisə zəng edəcəyimi deyib, gedəcəyim ünvandan 1 km uzaqlıqda uşaqlarımla bərabər maşından düşə bildim. Ayağımızı maşından çölə atanda maşını sürdü, az qalsın 4 yaşlı körpəm maşının təkərinə qalacaqdı. Nə qədər bağırsam da maşını dayandırmadı. Maşının tam nömrəsini xatırlamıram, çünki sifarişi tanımadığım bir nəfərdən nağd şəkildə sifariş etməsini istədim. Lakin telefon nömrəsi hələ də durur: +9945524XXX07. Mən şikayətimi lazımi qurumlara etdim. Sizdən də bir cavab gözləyirəm. Nə üçün belə yaşlı insanları işləməyə, insanların həyatları ilə və əsəbləri ilə oynamağa icazə verirsiniz? Mən bu insanı bir daha heç bir taksi şirkətində görməyəcəyimə əmin olana qədər bu məsələni dayandırmayacağam və ictimailəşdirəcəyəm.
-
Salam, yazıb bildirmək istəyirəm ki Şağanda Oba 7 bağlansın, xarab mallar, nəzarətsiz dükan, bu rəyimi nəzərə alıb cəza verərsiniz, yəqin.
-
Salam, ödəniş etmişəm, amma internet açılmır.
En çok şikayet edilen şirketler
-
"Salam. Taksi sifariş verdim. Suraxanı 20 Yanvar 8.9 manat yazdı. Mənzil başına çatanda isə 12 manat oldu. Səbəb?"
Şirket sayfasına git
— Nizam -
"Bakcell rəhbərliyinə və müştəri xidmətləri şöbəsinə, Çox sərt və haqlı narazılığımı bildirmək məcburiyyətindəyəm. Hazırda təqdim etdiyiniz ən aşağı aylıq tarifin 11.99 AZN olması heç bir məntiqə sı..."
Şirket sayfasına git
— Samir -
"Sarayda, Natiq Aslanov küçəsində 2 gündür internet yoxdur. Niyə ölçü götürülmür? Telefon nömrələrinizin heç biri işləmir, insanları ələ salmısınız? Verdiyiniz nömrələr işləmir, bu nə deməkdir? İnterne..."
Şirket sayfasına git
— İbrahimova Mehriban -
"Açıq-aydın fırıldaqlarla məşğuldurlar. Xarab əşya satıblar, 1 illik qarantiyasını da ayrıca ödəmişik, amma dəyişdirmirlər. 1 həftə telefonlarda süründürürdülər, sonra da dedilər ki, servisə göndərmişi..."
Şirket sayfasına git
— Asim Qasimzadə

Farida yanıtladı:
Halal olsun size! Eyni sheh men yashamisham