Azerbaycan’daki hizmetler, şirketler ve restoranlar hakkında gerçek yorumlar
Herhangi bir şirketin hizmetinden ya da ürününden memnun kalmadınız mı?
Ya da memnun kaldınız mı? Deneyiminizi herkesle Bələdçi.az üzerinden paylaşın
Öne çıkan kategoriler
- Giyim mağazaları
- Mobil operatörler
- İnternet sağlayıcıları
- Taksi
- Güzellik ve bakım
- Klinikler
- Eğitim merkezleri
- Oteller
- Kargo
- Eğlence
- Diş hekimleri
- Gül dükkanları
- Araç servisleri
- Kafeler
- Yurtdışında eğitim
- Spor salonları
- Barlar
- Kuru temizleme
- Çocuklar için
- Sigorta şirketleri
- Su dağıtımı
- Ekipman onarımı
- Spor malzemeleri
- Veterinerler
Herhangi bir şirket hakkında anonim olarak yorum yazmak ister misiniz?
Yorum yazSon yorumlar
-
Salam, iki gündür əlaqə saxlaya bilmirəm. Qaynar xəttlə xahiş edirəm, mənimlə əlaqə saxlayardınız. 0508****00
-
Hər gün internet kəsilir. Heç olmasa inkişafın nə olduğunu öyrənsinlər, sonra inkişafdan danışsınlar!
-
Gecə internetin pulunu ödəmişik, hələ də internet yoxdur. Əlaqə telefon nömrələrinə də zəng çatmır. Çox pis provayderdir.
-
Çox özbaşına bankdır. Hesabımdan vəsait çıxılır, heç bir bildiriş gəlmədən, hələ əlavə olaraq komissiya tutulur.
-
Salam. Binəqədi rayonunda yerləşən Oba Marketdəki kassir və işçilərlə bağlı artıq neçə dəfədir ki problem yaşanır. Oba Marketin əlaqə nömrəsinə yazırsan, heç kəs cavab vermir. Xahiş edirəm, kimsə maraqlansın onlarla.
-
Sizin xidmət 0. Qaynar xətlər işləmir 0.
-
Salam, mal gömrükdə səhv bəyannaməyə görə qalıb, nə edə bilərəm?
-
Salam Hörmətli Grandmart rəhbərliyi. Qapıda it və pişik girə bilməz deyə qeyd olunub, amma girəndə mağazada pişiklər gəzirlər. 10 dəq əvvəl orada idim, qızıma bulka almaq üçün girdim, amma mağazada 4 pişik gördüm, 1-i də mətbəxdən bizim dayandığımız bulka stendinin altından qaçdı. Bu dəhşətli antisanitariyadır. Pişiyin hoppanıb gəzdiyi yerlərdə xəmirin açıldığını düşünərək heç nə almadan çıxdım. Toyuq və sosiskaların yanında da həmçinin pişik gəzirdi. Xahiş edirəm bu məsələ ilə ciddi məşğul olun.
-
Yeni Yasamal 2, ev 9 ünvanında yaşayıram. CityNet şirkətinin 10 ildən artıqdır ki istifadəçisiyəm, həm internet, həm də IPTV. 10-12 il qoşulmağıma baxmayaraq IPTV-nin avadanlığı işləmir və mən bu şirkətə başa sala bilmirəm ki bu avadanlığın mənə heç bir aidiyyəti yoxdur, avadanlıq şirkət tərəfindən təqdim olunub və 12 ildir ki bu avadanlıq dayanmadan işləyir, heç bir kənardan müdaxilə olunmayıb. Mənə bildirirlər ki avadanlığın pulunu ödəməliyəm, ən azı hər bir əşyanın istifadə müddəti və köhnəlməsi var. 12 il istifadə olunan avadanlığa görə mən niyə pul ödəməliyəm? Nəticədə mən CityNet şirkətinin xidmətlərindən imtina edəcəm və digər alternativ provayderlərə qoşulacam. Səbəbi isə bir normal düşüncəli problemi həll edə bilən və kompromisə gedən işçinin olmamasıdır.
Devamını oku... -
Günlərdir bağlamamın izləmə məlumatları hər gün eynidir. Starex Kargo şirkətinə hər gün zəng edib şikayət etməyimə baxmayaraq, hər gün vəziyyət eynidir. Hər gün müraciət edirəm və hər gün heç bir dəyişiklik olmur. Hər gün eyni vəziyyət qalır və məsuliyyət qəbul etmirlər.
-
Vaxtı keçmiş mallar satırsınız!
-
Salam, mən Zabrat 2 filialı olan Grandmarketdə olan xanımdan şikayətçiyəm. Bu gün mənim günahımı aldı, müdiriyyətə də deyin.
-
Sürücü məndən 1 km məsafədə olmasına baxmayaraq məndən tələb etdi ki, imtina verib yenidən sifariş edim, mən dedim, etmirəm, o, məndən uzaqda olsa da çatdı, başladı dedi 3 dəqiqə vaxt geri getməyə, sonra özü imtina etdi, amma məndən 1 km uzaqda idi.
-
Salam. Mən KFC Bulvar Mall filialında 4 manat 90 qəpik məbləğində ödəniş etmişəm. Sonradan ödənişin ləğvi üçün mənə bildirildi ki, kartı terminala yaxınlaşdırsam 15 dəqiqə ərzində məbləğ kartıma qaytarılacaq. Bu deyilənə inanaraq kartı terminala yaxınlaşdırdım. 15–20 dəqiqə keçməsinə baxmayaraq pul qaytarılmadı. Yenidən müraciət etdikdə isə işçi/menecer Mehriban "unutduğunu" bildirdi və daha sonra 3–5 gün gözləməli olduğumu dedi. Nəticədə: Mənə yanlış məlumat verildi Vaxtım itirildi Şikayət və Təkliflər Kitabçası təqdim edilmədi Xahiş edirəm: Ödənişlə bağlı məsələ dərhal araşdırılsın Mənə yanlış məlumat verən məsul şəxsə tədbir görülsün Filialda şikayət kitabçasının niyə təqdim edilmədiyinə hüquqi qiymət verilsin Əks halda məsələ ilə bağlı İqtisadiyyat Nazirliyinə (XXX-X) rəsmi müraciət edəcəyəm.
Devamını oku... -
Mən sizdən bir ay əvvəl paltaryuyan və paltar qurutma almışam. Narazıyam, çünki paltarları necə çirkli atsam, elə də çirk çıxır. Video çəkmişəm. Bunun üçün həm qara, həm ağ paltarları normal yuyur. Şikayətimi də bildirmişəm. LG Think 9 kq-lıq maşın qurudan da normal qurutmur. Satıcı elə tərifləyirdi ki, malı mən alanda necə atıram, maşın paltarları elə də yaş çıxarır. Mən 4000 manatı havaya atmışam, elə bilirəm.
-
Hörmətli Azercell, siz TeliaSoneranın qurub yaratdığı Azercell operatorunu məhv etdiniz. Tariflərinizin qiyməti isə pik hədlərə çatıb artıq. Mən sərhəd bölgəsində yaşayan bir vətəndaş kimi başa düşdüm ki, rus mobil operatorları sizdən 5 dəfə ucuzdur. Bütün kənd olaraq rus mobil operatoruna keçirik. Siz itirə-itirə gedirsiniz.
-
2 gündür internet yoxdur. 19.01.2026-cı il tarixində 155 çağrı mərkəzinə zəng etmişəm. Deyir ki, "işdən icazə alın, gəlin, biz saat beşə qədər işləyirik." Mən bilmək istəyirəm, niyə əvvəllər saat 6:30-a qədər gələ bilirdilər, indi gəlmirlər. Belə çıxır ki, işləyənlərin interneti xarab olubsa, bərpa edilmir?
-
İnternet çox bərbaddır, iki gündən bir set gedir, zəng vurursan, deyirlər o ərazidə iş gedir, söndürürlər, 20 AZN aylıq pul alırlar, çox-çox bərbaddır. Deyiləsi deyil, güc zəifdir, tez-tez itir, set, bir sözlə çıxmaq istəyirəm. Qonşularda var, başqa problemdir, 50 ildir bir dəfə şikayət olmayıb.
-
Salam, biraz əvvəl Bakı şəhərindən Toyota Corolla Sedan 90-YG-076 markalı avtomobillə Boltdan taksi sifariş verdim, kartla ödəniş üçün mənə mesajla təsdiq etməyimi tələb etdi. Niyə bu taksi sürücüləri ödənişin təsdiqlənməsini tələb edir? Mən də ləğv etmədim, son anda ləğv etdim, evimin önünə enib başqa proqramla taksi sifariş verdim ki, onunla gedim. Evimin önündə həmin taksini gördüm, məni şantaj etdi, "Gedəcəyin yerə get, görüm orda başqa nə gələcək." Mən də boş verib digər taksiyə mindim. Gedəcəyim ünvana gələndə həmin o məni şantaj edən taksi orada idi. Bolt sürücülərinin narkoloji və psixoloji testlərdən keçirilməsini tələb edirəm!
Devamını oku... -
Sumqayıt şəhərində rabitə işçiləri bütün abonentlərə kobud davranırlar. 01******** nömrəsinə zəng vururam, mənə kobud davranıb telefonu qapadır. Bu necə qurumdur belə? 4 gündür internetim işləmir, heç kim maraqlanmır və müraciətim qəbul olunmur.
-
Lenovo Loq 15 irx9 kompüter aldım, Cəlilabad İrşad filialından 24 dekabr 2025-ci ildə aldım və 28 dekabrda ekranda piksel problemi olduğunu gördüm; bir piksel düzgün işləmir. Filiala gedib bunun servisə göndərilməsini tələb etdim və 14 gün təxmini vaxt verdilər. Mən artıq 22 gündür gözləyirəm, gəlmir. Hətta soruşdum, deyirlər ki, kompüterdə heç piksel problemi aşkarlanmayıb; həftə içində geri veriləcək, baxılacaq. Hələ mən kompüter alıram, o qədər pul verirəm, İrşad defekt malının arxasında belə durmur. Şikayətim ümumiyyətlə malın gecikməsi, problem aşkarlanmasına baxmayaraq İrşadda heç bir müdaxilə və reaksiya görmürəm; mən də kompüterdə düzəlmə olmasa götürməyəcəyəm, pulumu tələb edəcəyəm.
Devamını oku... -
Salam, Yasamal İnşaatçılar metrosu, Megastore ilə üzbəüz Oba dəhşətdir, kassirə baxırsınız, 'haa' deyir, təmiz deyil, hər yer çirkin, kassir xanım qarnına şarf bağlayıb, marketin ortasında kotlet yeyirlər, iy gəlir, bazardır yoxsa məhəllədir, bilinmir, belə natəmiz yer olar, dəhşət, nəzarət 0
-
Çox narazıyam kuryerdən! Bu nə deməkdir? Zəng edib götürməmişəm, işdir, hər şey ola bilər, namazda ola bilərəm, körpəm var, 10 dəq. sonra təzədən yığdım, deyir artıq getmişəm! Bu nə deməkdir? 2-ci dəfədir kuryer belə edir!
-
77-QJ-419 nömrəli dövlət qeydiyyatlı maşın şoferi müştəridir. 20 AZN əlavə ödənilmiş vəsaitimi geri qaytarmadı.
-
Salam. Deməli mən dünən hardasa saat 18:30 olardı, 28 May küçəsindən Nəsrəddin Tusiyə taksi zakaz etdim. Ondan qabaq neçə taksi otkaz elədi, biri çatmağa 2 dəq qalmış yazdı təkərim buraxır. Bir də düz 15 dəq uşaqla gözlədim, danışdım 2 dəfə dedi gəlirəm. 5 dəq qalmış otkaz elədi, yığdım, qara siyahıya saldı məni. Səhər başqa nömrədən zəng elədim, deyir kartla ödəniş niyə edirsiniz, yaxşı elədim otkaz elədim. Xahiş edirəm bir tədbir görülsün. Görülməsə başqa qurumlara zəng edəcəm. XXX XXX XX XX nömrəsidir, taksi sürücünün nömrəsi.
-
Səhifəyə başqa şəkil qoyub, evə pis mal göndərən fırıldaqçı yığını.
-
Bu gün səhər saat 11:55-də kartımdan 4.20 manat Bolt taksiyə ödəniş olunub, lakin 12.01.2026-cı il 16:52-də qeyd olunub, bu nə deməkdir? Mən evdə ola-ola, uşağım dərsdə ola-ola pul çıxılıb?
En çok şikayet edilen şirketler
-
"Bu gün Çaykənd kəndi ərazisində taksi lazım idi. Sürücü tapıldı. Sürücülər çox kobuddur, qiymətlə bağlı narazılıq bildirirlər. Ora yazılan qiymətlə razılaşmırlar və üstəlik adamın üstünə bozarlar ki, ..."
Şirket sayfasına git
— Murad -
"Добрый день. Сегодня полдня пытаюсь связаться с оператором, никто не отвечает. Я весной этого года поменяла симку на 4G, пару месяцев всё было в норме, но сегодня с меня опять взяли плату 0,49 AZN за ..."
Şirket sayfasına git
— [email protected] -
"Çox bərbad xidmət də, internet sürəti də. Boşuna pul ödənilir. Hər danışanda internet donur."
Şirket sayfasına git
— Nura -
"Salam. Məsləhət görmürəm bu şəbəkədən nəsə almağı. İnsanları aldadmaqla məşğuldurlar, bir də mən əziyyət çəkənlərdən. 5 gün qabaq Bosch markalı kondisioner almışam, 980 aznə nağd ödənişlə! Dedilər 3 g..."
Şirket sayfasına git
— Роман
