Herhangi bir şirketin hizmetinden ya da ürününden memnun kalmadınız mı?
Ya da memnun kaldınız mı? Deneyiminizi herkesle Bələdçi.az üzerinden paylaşın
Şikayətim Kapital Bankdandır. May ayının 7-də Birbank vasitəsilə kartımdan Western Unionla vəsait köçürdüm. Vəsait kartdan çıxdı amma sistemdə xəta baş verdi və 10 rəqəmli MTCN kodunu sistem vermədi. Vəsaitin kartdan çıxdığına dair sistemdə qəbz var. Problemlə bağlı, 2 dəfə banka müraciət etmişəm. Hər dəfə 10 iş günü ərzində həll olunacağı deyilib amma nəticə yoxdur. Müştəri xidmətlərinə zəng edəndə, hər dəfə də əhvalatı başdan danışıram. Hər dəfə də mənə hələ 10 iş günün bitmədiyini və məsələnin mütləq həll ediləcəyini sübut etməyə çalışırlar. Bugün, ikinci 10 günlük araşdırma müddəti bitdi amma yenə də bildirdilər ki, araşdırma hələ davam edir. Qısacası özünü ölkənin ən öndə gedən banklarından sayan Kapitalbank, o boyda funksional app yaradıb amma 1 aydır ən adi bir texniki səhvi həll edə bilmirlər
Devamını oku...Hakverdiyev 7 unvanindaki Al Marketde satıcı Nicat kassada hər kəsi aldadır. Sahe müdüründe zəng vurub demişəm, heç bir əlac tapmamışam. Endirime düşən malları endirimsiz satmağa çalışır millete ona görədə hərgün bu marketde savaş olur xahiş edirəm biri bu meseleye çare eylesin.
İnternetin sürəti çox zəifdir. GOSTERILEN XIDMET SEVIYYESI 0
Satıcılar bir az davranışlarında nəzakətli olsalar yaxşı olar.
Kombinə verilmiş qarantiya üzrə öhdəliklərin yerinə yetirmir. Gah deyir ehtiyat hissəsi yoxdur, ya pul tələb edir. Navien kombidir üzrə tam İnhisarçidir, kombi hissələri onlardan başqa kənarda satışına imkan vermir.
Təbiəti gözəldi. Amma koteclərdə qarışqa var. Restoranlarda yeməklər bərbaddır.
Külək internet xəttini qırıb küçədən. Əməkdaş deyir ki, xəttin pulun siz ödəməlisiz. Niyə mən ödəyim? Çəkiliş pulunu vermişəm, aylıq ödəniş edirəm. Nə vaxt küçədən qırılsa mən ödəməliyəm?
Bu bankın sədri 10 gündür 1 sənədə qol çəkib qurtarmır. Yaxşı ki, nazir olmayıb
Şəbəkə çox zəifdir. Bakı şəhərinin mərkəzi hissələrində şəbəkə tutmur
Qiymətlər bahadır
Ən fırıldaqçı bir sirkət olaraq fəaliyyət göstərir. Məqsədləri müştəri məmnuniyyəti deyil, əksinə millətim cibimə görməkdir. Xoş sözlərə aldanıb Azercell nömrə almayın. Qazancınız dəyqələr işində yoxa çıxacaq. Siz heç nə sübut edə bilməyəcəksiniz, hətta borclu cıxacaqsınız. Yaxşı fikirləşin.
İnternet berbad gündə, maksimum tələlərlə abonentdə pul qoparmağa çalışırlar
Bravodan aldığım Sinbo Krep aparatı 3 cü istifadədə işləmədi.
Öz qiymətlərinin çox yüksək olması bir tərəfə, hələ üstəlik digər loukost şirkətlərin ölkəyə gəlişinə də maneə törədirlər.
Şikayət etdiyim şirkət və təşkilat Megalink provayderidir. Yaşayış ünvanımız Qaradağ rayonunda yerləşən hərbi hissənin hərbi şəhərciyində yerləşdiyindən və bizim başqa provayder seçmə sansımız olmadığından provayder və rabitə nazirliyi qarşısında qaldırdığımız bütün şikayət və müraciətlər nəticəsiz qalır. Nazirlik qarşısında qaldırdığımız bütün şikayətlərə rabitə nazirliyi başqa provayder seçimi etməyimiz barədə heçbirimizinin ağlına gələbilməyəcək məsləhətlər verir
Doner evezine kelem satarlar
Xidmet eladir
Super, Ela xidmet
Bərbad xidmət
Xarab mallar satırlar
İşçiləri istismar edirlər. Müqavilədə 7 saat yazılıb ancaq 9 saat işlədirlər. Bazar günlərindədə işləməyə məcbur edirlər. Yeni mağaza açılanda oranı yığmağada mağaza işçisini göndərirlər. Mağazada bir işçi həm kassaya baxmalıdı həm mağazaya gələn malları maşından endirib mağazaya yığmalıdı həm müştəri üçün çəki ilə satılan malları çəkməlidi həm vaxtı keçmiş mallara baxmalıdı həm mağazanın sayımında iştirak etməlidi həm yeni mağaza açılanda onu yığmağa getməlidi həm mağazanı təmizləməlidi. 400 manat maaş verirlər bütün işəri gördürürlər. Bir işçinin bir işi olmalıdı ama burda bir işçi yalan olmasın 8-9 iş görür və dediklərimin hamısı həqiqətdir. İnanmayan gedib işçilərdən soruşa bilər.
Devamını oku...2022 ci ilde evinizde 2 mbit internet basqa bir sey demirem. Bakixanov qesebesinde sehere 10 deq mesafede internetiniz 2 mbit en yaxsi halda.
İrşaddan kreditlə telefon götürmüşdüm, bir müddət gecikmə oldu, zəng etdilər ki, 90 manat cərimə yığılıb. Dedim ki, bu gün ödəyəcəm, həm krediti, həm də cəriməni. Üstündən təxminən 1 saat keçdi, zəng edib dedilər ki, sizin ümumi ödəyəcəyiniz məbləğ 390 manatdır. 300 manat indi ödəniş edin, 90 manat cəriməni də bağlayaq, kreditiniz qurtarsın. Mən də ödədim, üstündən bir neçə ay keçdi, zəng etdilər sizin 255 manat borcunuz var. Mən də dedim heçnə ödəməyəcəm. Şikayət etdim, dedilər araşdırarıq. O gün, bu gün hələ də araşdırılır, məbləğ də günü gündən qalxır. Heç bir cavab da yoxdur. İndi buna nə ad verək?!
Devamını oku...İnternetin sürəti çox zəifdir. Müqavilədə qeyd olunan sürətin 5/1 qədər verirlir. Dəflərlər şikayət etməyimə baxmayaraq problem həll edilmir
Çox zəif internet sürəti verilir və qiymətlər qonşu ölkələrə nisbətən çox bahadır.
Qiymətlər bəzən digər marketlərə nisbətən daha yüksəkdi. Gündəlik təlabat mallarında endirimlər olmur, adətən çox lazım olmayan məhsullara endirim təklif edirlər.
Adını qoyublar Azərbaycanın ən sürətli interneti, zülümnən açır hər şeyi
"Daimi istifadə etdiyim şirkət olsa da, çox şikayətçiyəm. Sifariş qəbul edilir, amma sürücü yerindən tərpənmir, göstərilən dəqiqə artıqca artır, nə yazır, nə zəng edib məlumat verir. Çox zaman isə təyi..."
— Aziza
"Salam. Bakcell şirkəti mənə zəng vuraraq dedi: "Azercell nömrəni keçirin Bakcellə, sizə yeni tarif verək — 29 AZN, 40 GB və 2500 dəq." Onnan sonra 1-2 ay keçən kimi avtomatik olaraq özləri keçirib "Da..."
— Elçin
"Megalink çox bərbad bir şəbəkədir, başqa heç bir söz yoxdur."
— Şahin
"Mən işçi olaraq sizdən cavab ala bilmirəm, nə insan resursları, nə də rəsmisi səhifəniz mənə işdən çıxış barədə məlumat verilməyib. Vəkilim gələn kimi Azərbaycana ilk işim sizi məhkəməyə vermək olacaq..."
— Fəxriyar