Herhangi bir şirketin hizmetinden ya da ürününden memnun kalmadınız mı?
Ya da memnun kaldınız mı? Deneyiminizi herkesle Bələdçi.az üzerinden paylaşın
Ay insanlar telefonu niyə götürmürsünüz, nə cür adamsınız?
Bakcell-in operatorlar, əlaqə saxlamaq istəyirəm, artıq 10 dəqiqədən çoxdur gözləyirəm, dəfələrlə olub 15 dəq gözləmişəm. Müraciətimi budur ki, bu qədər vaxt gözlətmək düz deyil, mümkün olarsa qarşısını alınar bunun. Təşəkkürlər.
Salam. Bu gün taksi sifariş verdim və 10 saniyə çəkmədi, ləğv etdim. Amma mənim kartımdan 2.92 AZN pul çıxdınız. Səbəb? Getmədiyim sifarişə görə niyə pul tutırsınız?
Salam, mən sizin daimi müştərinizəm, amma mənim sizdən narazılığım var, çünki məni sizin qızıl zəmanətə görə təmir şövbəniz məni aldadıblar, xahiş edirəm rəhbərlik səviyyəsində mənimlə maraqlanasınız
Salam. Balansımda 4 Gb internet ola-ola heç cür istifadə edə bilmirəm. Bakcell tətbiqinə wifi-la belə qoşula bilmirəm. Zəng vururam, 30 dəq gözlədim, operatora qoşula bilmədim, nə sıra nömrəsi deyirsiniz, nə məlumat verirsiniz. Abunəçi̇ləri̇ni̇zə QARŞI HÖRMƏTSİZLİK GÖSTƏRİRSİZ! Mən AZERCELLƏ pis işləyir, deyirdim, 1000 dəfə sizdən yaxşıdır!
İnsanların cibinə girirsiniz, oğurluqla məşğulsunuz, internet paketi bitən kimi balansdan 6 AZN çıxıldı, guya internet işlətmişəm, heç 1 dəq çəkmədi, paketin bitməyib, necə ola bilər?
5 gündür 3d aktivasyon onay kodumu gmail ünvanıma gəlməsini tələb etdim, hal-hazırda xaricdəyəm, romingdə heç kim baxmır, hər dəfə də "aidiyyəti üzrə göndərdik" deyib dururlar, heç kim bilmir və başdan edir bütün işçilər. Bu necə bankdır, alt üstü bir kod göndərməkdir, hara müraciət edəcəyimi bilmirəm artıq.
Noyabrın 7-dən mənim depositə qoyduğum məbləğdən 60 AZN tutulub, şikayətimə baxılmır, sistemdə boşuna sorğu yarandığı bildirilir. Halbuki heç bir nəticəsi olmur, səbəb müqavilədə yazılmayan nüansa görə mənim deposit məbləğimdən 60 AZN oğurlayıblar. Deyirlər ki, bizim öz daxili sənədlərimizdə var, müştəri hardan bilməlidir sizin daxili sənədləri? Sistemdə boşluqlarınız var, ui ux dizaynlarda boşluqlarınız var, bunun günahı müştəridə deyil, çox yanıldım Leobank haqqında, ümid edirəm, nəhayət bir gün səbəbsiz yerə balansımdan tutulan 60 manatım geri qaytarılacaq!
Devamını oku...24 noyabr 2024-cü il 07:21-də internetin ödənişin etdim, ancaq internet yoxdur. Belə hallar əvvəlki aylarda da baş verirdi, müəyyən olunmuş nömrələrə zəng edəndən sonra (bir gün sonra) düzəlirdi. 2-ci günü keçir, hələ də internet yoxdur. Belə olan halda mənim üçün ayrılmış internet xəttinin dayandırılmasını sizdən xahiş edirəm.
Salam. 24.11.2024 tarixində saat 12.47 radələrində nefçilər metrosu tərəfdə yerləşən KFC filialınızdan Tvister Family sifariş vermişəm. Lavaşı çox yandırmışdılar və yanıq dadı çox pis halda hiss olunurdu. Sizin kimi dünyaca meşhur bir şirkətə bunu yaraşdırmadım.
Постоянно списываются деньги, ничего не подключаю. Дозвониться невозможно до вас баксель. Это отвратительно и неуважительно к вашим клиентам.
Заблокировали карту уже 4 дня, не предупредив, по каким-то техническим причинам. Оставили меня без средств. Подала жалобу в полицию
Bir neçə nömrə qeyd etmisiniz sosial şəbəkələrdə, amma heç birinə cavab vermirsiniz? Nə sualımız olsa, hara müraciət etməliyik?
Nar full 10 paketi əvvəllər normal idi və qiyməti 9 AZN təşkil edirdi. 1 ay internetdə çatırdı dəqiqədə. İndi qiymət 10 AZN olandan bu yana heç kim 2 gb-la ayın sonuna çatmır. Su yerinə gedir mb-lar. 2-3 dəfə paketi yeniləməli oluruq. Bu cür dələduzluq və oğurluqlara görə nömrəm dəyişəcəm ya sim ya cinə keçəcəm. Sizin şirkət camaatı doluyub.
Noyabırın 18-dən paltar yuyan almışıq və çatdırılma edilib. 4 gündü bir usta göndərə bilmir Baku Electronics ki, bu paltar yuyanı quraşdırsınlar. Mən başa düşmürəm, paltarlarımızı gətirib mağazada yumalıyıq Baku Electronics-in ustası gələnə kimi? Dəhşət zəhləm getdi bu firmadan. Servis 0. 0-dan da aşağı rəqəm olsaydı onu yazardım.
Rəylərin bir neçəsini oxudum, demək olar ki, şikayət edənlər sərnişinlərdir. Mən bir sürücü kimi fikrimi bildirmək istəyirəm. Sürücülər mütləq imtahan verməli alko-narko analiz yoxlama, danışıq yəni sərnişinlə rəftar və maşın sürmə imtahanından keçməlidirlər mütləq şəkildə və ən vacibi pulsuz keçməli imtahandan qanuni şəkildə. Nə qədər ki, bu ölkədə rüşvət alıb narkoman, alkaşa, danışıq qabiliyyəti olmayan, sərnişinlə adam kimi rəftar etməyi bacarmayan rüşvət alıb maşın veriləcək və ya lisenziya veriləcək, bu belə də davam edəcək. Mənim maşınım 2013 cü ilin maşınıdır bir çox təzə maşınlardan rahat, dözümlü, komfortlu və hər zaman təmizdir ən önəmlisi isə təhlükəsizdir. Özümdə 30 ilin təcrübəli sürücüsüyəm bir dəfə belə olsun qəzam olmayıb. Yəni demək istəyirəm ki, mənim kimi sürücülər kölgədə qalıb, Bolt şirkəti təcrübəli sürüculərə yox narkomanlar üstünlük verir çünki onlar robot kimi işləyir arada şirkət qazanır ama milləti fikirləşmir şirkət. Mən artıq 3 gündü Boltda çalışa bilmirəm, Bolt şirkəti deyir ki, 2013 ilin maşını köhnədir gedin özünüzə təzə maşın alın. Mənim kimi professional sürücüləri artıq taksidə görməyəcəksiz, yalnız narkomanlarla rastlaşacaqsız. Əziz sərnişinlər (müştərilər) yaxınlarıvızın canını təhlükəyə atmayın, tələb edin tələbkar olun. Bolt şirkətinə istefa deyək ya da normal sürücü, eybi yox köhnə maşın olsun əsas odur ki, sürücü təcrübəli olsun, narkoman olmasın. Allaha əmanət olun
Devamını oku...1) Нагло крадете денег у своих пользователей, втихаря подключаете платные сервисы 2) Связаться с вами очень трудно. Если звонить, заставляете ждать час в очереди, тратишь денег пока ждешь опять же. Пишешь в чат, опять же очередь, могут через час ответить. Получается, каждый кто пишет вам, должен сидеть перед компом и ждать, пока вы соизволите ответить... через час, два, а может и три. 2) Через приложение хочу зарегистрироваться. не приходит код подвтерждения на номер. 3) Невозможно проверить баланс. Или платно, а набирая код, опять же невозможно получить информацию 4) Тарифы очень дорогие
Devamını oku...Altes plazadakı Grandmart kassirləri çox kobuddurlar və pullarımı dəfələlərlə əskik qaytarırlar və aqressiv danışırlar. Və heç bir yetkili şəxs yaxınlaşıb bir söz demir!
Müştərinin xəbəri olmadan. Xidmətə qoşub hər gün 0.29 qəpik çıxırsınız. Heç bir əlaqə nömrəniz işləmir, daha döğrusu cavablandırmırsınız. Email ilə də şikayət ünvanlamışam. Heç bir cavab ala bilməmişəm, Sizin özbaşına olaraq sevimli cin xidmətinə nömrəmi qoşduğunuza görə hər gün vəsait çıxırsınız. Bunu necə ləğv etmək olar?
Sizə kim icazə verib anlamıram, özünüzdən mənə internet paket açmısınız? Hər dəfə pul çıxırsınız məndən. Mən bağlayıram, siz öz başınıza yenə açırsınız. Bu nə deməkdir? Qıraq tullayaq nömrəni?
Problem 2-3 aydır düzəlmir. Yəqin Kartda olan pulları 2-3 fırladıb pul qazanırlar. Ya tətbiqi düzəldin, ya da pulları qaytarın! Özbaşınalıqdan başqa bir şey deyil bu.
Çox bərbad. Çox peşmanıq bundan istifadə etdiyimiz üçün. Hər ayın 2-3 günü internet işləmir. Ayda 3m kontur da qaynar xəttdə istifadə edirəm.
Azeronline yanıtladı:
Salam. Belə bir hal ilə qarşılaşdığınız üçün təəssüf edirik.Zəhmət olmasa abunə kodunuzu qeyd edin sizə dəstək olaq.
Dünən gecə televizor asılmışıq, guya endirim var, qara cümə 1400 manatlıq televizor evə gəlib ekran yanıq, gələn kimi məlumat vermişik, deyir, bizlik heç nə yoxdur, yəqin özünüz qırmısınız. Ay millət, heç nə almayın, oradan insanları defekt mallarla dolandırırlar.
Operatorlar kömək göstərmir, daim məşğuldurlar, kimə xidmət edirlər bunlar! Hamı şikayət edir.
Bakcell çox yarıtmaz işləyir. Camaatın cibinə girərək pul qazanırsınız. Müştəridən xəbərsiz onu pullu funksiyalara abunə edirsiniz, heç bir əsas olmadan hesablarımızdan pul silirsiniz. İndi də müştəridən xəbərsiz Sevimli Cin xidmətini aktivləşdirirsiniz. Bunun adı quldurluqdur. Belə getsə, müştəriləriniz sizi tərk edəcəklər. Təəssüf ki, cavabdeh orqanlar görməzlikdən gəlirlər.
İnternet çox bərbad işləyir. Ödənişi yeni etməyimizə baxmayaraq, ilişib qalır internet. Çoxlu problemlər yaradır. Mb belə provayderin internetindən rahat işləyir. Belə biyabırçılıq olmaz.
Azeronline yanıtladı:
Çətinliyiniz üçün təəssüf edirik. Sorğunuzu müvafiq şöbəyə yönləndirdik.
İnternet yoxdur, yazırıq da, vecinizə deyil, qiyməti də qaldırdınız, keyfiyyət yenə yoxdur, internet kəsilir. Operatora düşmək olmur. Çox pis.
Azeronline yanıtladı:
Salam. Xəttiniz artıq aktivləşib.
"Həqiqətən necə də anormal adamları işə götürürsünüz! 10 dəqiqədir gözləyirəm, gəlirəm deyə-deyə məhləmə çatanda ləğv elədi! Kartdan da artıq gediş haqqı çıxılmışdı! Səhər səhər adamın əsəbləri ilə oyn..."
— Rüqəyya
"Salam, mənim aylıq borcum 7 AZN-dir. Niyə aylıq ödənişdən sonra təzdən faktura borc 4.95 AZN olur? Hər ay belə olur. Məni başa salan olsun ki, bu borc nədən yaranır?"
— Sadiq
"Megalink çox bərbad bir şəbəkədir, başqa heç bir söz yoxdur."
— Şahin
"Mən işçi olaraq sizdən cavab ala bilmirəm, nə insan resursları, nə də rəsmisi səhifəniz mənə işdən çıxış barədə məlumat verilməyib. Vəkilim gələn kimi Azərbaycana ilk işim sizi məhkəməyə vermək olacaq..."
— Fəxriyar
Azeronline yanıtladı:
Salam. Sizə kömək edə bilməyimiz üçün abunə kodunuzu qeyd etməyiniz xahiş olunur.