Azerbaycan’daki hizmetler, şirketler ve restoranlar hakkında gerçek yorumlar
Herhangi bir şirketin hizmetinden ya da ürününden memnun kalmadınız mı?
Ya da memnun kaldınız mı? Deneyiminizi herkesle Bələdçi.az üzerinden paylaşın
Öne çıkan kategoriler
- Giyim mağazaları
- Mobil operatörler
- İnternet sağlayıcıları
- Taksi
- Güzellik ve bakım
- Klinikler
- Eğitim merkezleri
- Oteller
- Kargo
- Eğlence
- Diş hekimleri
- Gül dükkanları
- Araç servisleri
- Kafeler
- Yurtdışında eğitim
- Spor salonları
- Barlar
- Kuru temizleme
- Çocuklar için
- Sigorta şirketleri
- Su dağıtımı
- Ekipman onarımı
- Spor malzemeleri
- Veterinerler
Herhangi bir şirket hakkında anonim olarak yorum yazmak ister misiniz?
Yorum yazSon yorumlar
-
Salam, Ağdərə rayonunun Çapar kəndinin sakiniyəm. Bir həftə bundan öncə Aztelekom işçiləri tərəfindən internet xətti çəkdirmişəm, 25 manat ödəniş olunub, 5 manat əl haqqı vermişəm. Məni aldadıblar, sizin işçilər vurub, sabah açılacaq, lakin nternet xətti açılmır. Çox xahiş edirəm, bu işə baxın. Ev nömrəsi 2896
-
Отвратительный сервис на каждом этапе, где клиент касается этого маркета: сайт, приложение, курьер, поддержка — всё, и они не хотят ничего менять.
-
Salam bu gün taksi sifariş etmişdim, BYD markalı maşın idi, qeydiyyat nömrəsi axırı 897 ilə bitirdi. Yolun qırağından bir tanışım mindi, maşına heç 5 saniyə çəkmədi, dayanan kimi mindi. Yolun sonunda Elvin adlı şofer məndən əlavə 1 manat ödəniş istəyir? O pulun 1 manat olduğunu hardan təyin edir, bu sürücü ilə bağlı tədbir görün!
-
Salam, mən bir vətəndaş olaraq Rabitə Bankdan gedən dələduzluq və fırıldaqçılıqla bağlı müraciət edirəm; bankın fəaliyyətindən narazıyam.
-
Salam. Avqust ayında alınan naqilsiz tozsoranın fırça başlığı güclü səs etməyə başladı. Yerə düşməmiş, qırılmamış. Servis isə ödəniş müqabilində yenisini sifariş etməyi təklif etdi. Səbəb kimi fırça başlığının aksesuar olduğu qeyd edildi. Halbuki qarantiya verilmişdi. Fırçanın da motoru olduğundan o artıq aksesuar deyil, əsas hissə sayılır. Son dəfə onlardan nə isə alıram.
-
Salam. Mənim şikayətim Manatodan gələn başqa-başqa zənglərdir. Hər zaman deyirəm, hər ay ödəyirəm. Amma yenə də gah hədə-qorxu gəlirlər, gah da deyirlər ki, rəhbərlik müştəriyə görə əməkdaşlarını hər zaman, hər saat töhmət edir. Xahiş edirəm, baş rəhbərlik nəzərə alsın.
-
Salam. Bakıxanov 19-da olan binanın qabağına kondisioner qoyulub və düzgün qoyulmayıb, küçəni su aparır, qonşu obyektlərin qabağı bərbad halda.
-
Artıq 2 ildir ki Bolt şirkətindən istifadə edirəm, bu şirkətlə bağlı heç bir problemim olmayıb, gedişlərimin hər biri sürətli və problemsiz olub, ancaq bir neçə aydır ki getdiyim gedişlərdə əlavə ödəniş tələb olunur, proqramda endirim yazsa da sürücülər endirimli qiymətlə razılaşmırlar
-
Yazılan heç bir rəydə cavabınızı görmürəm. Bir neçə müddətdir ki, Bolt sürücüləri əlavə ödəniş tələb edir, sizcə bu nə qədər doğrudur? Evdən endirimlə və ya endirimsiz taksi sifariş edirik, ünvana çatdıqda əlavə ödəniş; burada sürücülərin də heç bir günahı yoxdur, onlar da göstərilən məbləği tələb edirlər. Əgər mən gedişimin ödənişini endirimlə edirəmsə, endirimli ödənişi etməliyəm, əlavə deyil. Zəhmət olmasa, bu kimi problemlərə açıqlama verin.
-
Müştəri xidmətləri bərbad vəziyyətdədir, robotdurlar, elə bil. Çətinliyi aradan qaldırmaq üçün heç bir iş görmürlər. İşləyə bilmirsiniz. Bir ulduzdan artıq deyil, heyf.
-
Gəncə Şəmkir avtovağzalında yerləşən Bravo marketdə məhsulların istehsal tarixi bitib, bu barədə Qida Təhlükəsizlik Agentliyinə xəbərdar edirəm. Xəbəriniz olsun
-
Мне кажется, они все сонные в банке, постоянно отвечают на вопрос вопросом
-
Umico-da yeni satıcıyam, zinət əşyalarının satışını edirəm. Qısa müddət ərzində mağazanın göstəricilərinə uyğun olaraq məhsul bazamı formalaşdırıb satışa başlamışam, lakin keçən ayın sonundan başlayaraq satdığım 5 məhsul kargoda yoxa çıxıb və mənə məhsullarımın aqibəti ilə bağlı normal heç bir cavab verilmir, müştəri xidmətləri ilə dəfələrlə danışmağıma baxmayaraq, gah məhsullarınız itib, gah da məlumatımız yoxdur deyirlər. Məhsullarımın dəyəri çox olduğu və bazarda qızılın qiymətinin qalxması səbəbi ilə mənə xeyli ziyan vurulub. Eyni zamanda, orta hesabla 10 sifarişdən 5-i itirilirsə burada keyfiyyətdən və ya başqa müsbət bir şeydən söhbət gedə bilməz. Operatorlar rəhbər şəxslərlə danışmaq üçün heç bir şərait yaratmırlar, müvafiq şöbələr isə problemin həlli üçün addım atdıqlarını desələr də heç bir nəticə yoxdur, itirilən bir məhsulu belə geri qaytara bilməyiblər.
Devamını oku... -
Azal şirkəti yalandan xidmətdən dəm vurur, ancaq yük çamadanlarını vəhşi kimi tullayıb sındırırlar; sonra da şikayət edəndə müxtəlif bəhanələrlə məsuliyyətdən yayınmağa çalışırlar, vətəndaşın malına, mülkünə ziyan vururlar, buna cavabdehlikdən isə yayınırlar. 24.01.2026-cı il axşam saat 19:00-da Ankaraya uçan təyyarə ilə oğlumu yola saldım; Ankaraya çatanda yük çamadanını götürəndə gördüm ki, çamadanın təkərlərini Azalın əməkdaşları sındırıblar. Azalın rəsmi saytına, e-mail ünvanına yazmışam; dedilər çamadanın şəklini və baqaj nömrəsi olan kağızı çəkib e-mailə, şikayətin arxasına qeyd edərək göndər. Mən də dedikləri kimi etdim; bu gün də e-mail ünvanıma yazıblar ki, hansısa PİR sənədi də olmalıdır. Sındırdıqları çamadanı kompensasiya etməmək üçün vətəndaşı bezdirməklə məşğuldurlar; qısacası, vətəndaş yorulsun, şikayətindən vaz keçsin — budur Azalın əməkdaşlarının məqsədi. Sonra da "xidmətlərimiz" deyə öyünürlər; 1 kq artıq yük olan kimi dərhal 23 kq-ın pulunu alırlar, 140 manat. Ancaq məsuliyyətlərini dərk etmirlər, sərnişinin çamadanını sındırırlar. Azal rəhbərliyi buna biganə yanaşır.
Devamını oku... -
Salam, iki gündür əlaqə saxlaya bilmirəm. Qaynar xəttlə xahiş edirəm, mənimlə əlaqə saxlayardınız. 0508****00
-
Hər gün internet kəsilir. Heç olmasa inkişafın nə olduğunu öyrənsinlər, sonra inkişafdan danışsınlar!
-
Gecə internetin pulunu ödəmişik, hələ də internet yoxdur. Əlaqə telefon nömrələrinə də zəng çatmır. Çox pis provayderdir.
-
Çox özbaşına bankdır. Hesabımdan vəsait çıxılır, heç bir bildiriş gəlmədən, hələ əlavə olaraq komissiya tutulur.
-
Salam. Binəqədi rayonunda yerləşən Oba Marketdəki kassir və işçilərlə bağlı artıq neçə dəfədir ki problem yaşanır. Oba Marketin əlaqə nömrəsinə yazırsan, heç kəs cavab vermir. Xahiş edirəm, kimsə maraqlansın onlarla.
-
Sizin xidmət 0. Qaynar xətlər işləmir 0.
-
Salam, mal gömrükdə səhv bəyannaməyə görə qalıb, nə edə bilərəm?
-
Salam Hörmətli Grandmart rəhbərliyi. Qapıda it və pişik girə bilməz deyə qeyd olunub, amma girəndə mağazada pişiklər gəzirlər. 10 dəq əvvəl orada idim, qızıma bulka almaq üçün girdim, amma mağazada 4 pişik gördüm, 1-i də mətbəxdən bizim dayandığımız bulka stendinin altından qaçdı. Bu dəhşətli antisanitariyadır. Pişiyin hoppanıb gəzdiyi yerlərdə xəmirin açıldığını düşünərək heç nə almadan çıxdım. Toyuq və sosiskaların yanında da həmçinin pişik gəzirdi. Xahiş edirəm bu məsələ ilə ciddi məşğul olun.
-
Yeni Yasamal 2, ev 9 ünvanında yaşayıram. CityNet şirkətinin 10 ildən artıqdır ki istifadəçisiyəm, həm internet, həm də IPTV. 10-12 il qoşulmağıma baxmayaraq IPTV-nin avadanlığı işləmir və mən bu şirkətə başa sala bilmirəm ki bu avadanlığın mənə heç bir aidiyyəti yoxdur, avadanlıq şirkət tərəfindən təqdim olunub və 12 ildir ki bu avadanlıq dayanmadan işləyir, heç bir kənardan müdaxilə olunmayıb. Mənə bildirirlər ki avadanlığın pulunu ödəməliyəm, ən azı hər bir əşyanın istifadə müddəti və köhnəlməsi var. 12 il istifadə olunan avadanlığa görə mən niyə pul ödəməliyəm? Nəticədə mən CityNet şirkətinin xidmətlərindən imtina edəcəm və digər alternativ provayderlərə qoşulacam. Səbəbi isə bir normal düşüncəli problemi həll edə bilən və kompromisə gedən işçinin olmamasıdır.
Devamını oku... -
Günlərdir bağlamamın izləmə məlumatları hər gün eynidir. Starex Kargo şirkətinə hər gün zəng edib şikayət etməyimə baxmayaraq, hər gün vəziyyət eynidir. Hər gün müraciət edirəm və hər gün heç bir dəyişiklik olmur. Hər gün eyni vəziyyət qalır və məsuliyyət qəbul etmirlər.
-
Vaxtı keçmiş mallar satırsınız!
-
Salam, mən Zabrat 2 filialı olan Grandmarketdə olan xanımdan şikayətçiyəm. Bu gün mənim günahımı aldı, müdiriyyətə də deyin.
-
Sürücü məndən 1 km məsafədə olmasına baxmayaraq məndən tələb etdi ki, imtina verib yenidən sifariş edim, mən dedim, etmirəm, o, məndən uzaqda olsa da çatdı, başladı dedi 3 dəqiqə vaxt geri getməyə, sonra özü imtina etdi, amma məndən 1 km uzaqda idi.
En çok şikayet edilen şirketler
-
"Kartımdan Bolt pul çıxır, gediş haqqı olmadığı halda bunu təcili düzəldin!!!"
Şirket sayfasına git
— Sevda -
"Baksel müştəri xidmətləri insanları aldatmaqla, ələ salmaqla məşğuldurlar. Nömrə daşınması ilə bağlı müraciətimə baxmayaraq bir aydır on dəfələrlə əlaqə saxlamışam, amma heç bir səbəb göstərmədən “bir..."
Şirket sayfasına git
— Vüsal -
"Çox bərbad işləyir, nə də ki nömrələrinə heç bir zəng çatmır. Heç bir nömrəyə, internetdən götürdüyüm nömrəyə belə, zəng çatmır. Bununla bağlı tədbir görəsiniz, zəhmət olmasa. Pulu çöldən yığmırıq ki,..."
Şirket sayfasına git
— Anar -
"Bu şirkət çox bərbad şirkətdir. 10 ildir bunların müştərisiyəm, mən 4 aydır telefon aldığım şikayətə baxan yoxdur."
Şirket sayfasına git
— Ruslan
